SABAH qruplarının yeni müəllimlərinə təlimlər keçirilib
SABAH qruplarında yeni tədris ilinin payız semestrində dərs deyəcək professor-müəllim heyəti və mütəxəssislər üçün “ADA” Universitetində təlimlər keçirilib.
Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır.
Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtib etmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, öyrənmə mərhələləri və müvafiq fəaliyyət növləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və qiymətləndirmə sistemləri, İKT-nin tədris prosesinə təsiri və təhsildə İKT vasitələri kimi mövzular da daxil edilib.
İki günlük təlimlərdə 80 nəfər iştirak edib.
5 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10