• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şəkinin Baş Zəyzid kəndində yeni məktəb binasının açılışı olub

Sentyabrın 17-də Şəki  rayonu Baş Zəyzid kənd  tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Açılış mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Cavanşir Feyziyev, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib. Elxan Usubov son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Bilik günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir müavini son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binasının tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Təhsilə olan qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan Firudin Qurbanov qeyd edib ki, hər bir ölkənin inkişafının təməlində təhsil durur.

Nazir müavini təhsil sahəsində qazanılan uğurlardan söz açıb və  yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Millət vəkili Cavanşir Feyziyev məktəb binalarının əsaslı təmir olunmasının, müasir standartlara uyğun təhsil müəssisələrinin istifadəyə verilməsinin önəmini qeyd edib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Məlumat üçün qeyd edək ki, məktəb 624 şagird yerlikdir. Məktəbin tikintisinə 2017-ci ilin dekabr ayından başlanılıb. Sahəsi 2.5 hektarlıq ərazidə yerləşən məktəbin 25 otağı, 6 labaratoriyası, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti və  idman zalı vardır.


5 il əvvəl