• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

15 sentyabr–“Bilik günü” tədbirləri keçirilib

Sentyabrın 15-də  Bakı şəhəri 156 nömrəli tam orta məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Salahov, Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndələri, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini deyən təhsil nazirinin müavini qeyd edib ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir. 156 nömrəli tam orta məktəbin tarixindən söz açan nazir müavini təhsil ocağının ən qədim məktəblərindən biri olduğunu və ölkə təhsilinə öz məzunları ilə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini təbrik edib.

İlk zəng çalındıqdan sonra nazir müavini Firudin Qurbanov sinif otaqlarında olub, birincilərlə səmimi söhbətlər edib.

156 nömrəli tam orta məktəb 1935-ci ildə mədrəsə adı ilə tikilib, daha sonra məktəb kimi fəaliyyətə başlayıb. Heydər Əliyev Fondu tərəfindən yenidən tikilən məktəb 1140 şagird yerlikdir, sinif otaqları, laboratoriyalar, kitabxana, akt zalı ilə təchiz olunub.

 

* * *

 

“Bilik günü”ndə Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Abşeron Rayonu İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  tədbir iştirakçılarını yeni dərs ili münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir müavini təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb. Nazir müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan Məhəbbət Vəliyeva təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər “Bilik günü” münasibətilə ilə təbriklərini səsləndiriblər.

İlk zəng çalındıqdan sonra məktəbin açılışını bildirən rəmzi lent kəsilib, qonaqlar sinif otaqlarında olub, birincilərlə söhbətlər edib.

Məlumat verilib ki, 1,7 hektar ərazisi olan məktəb 50 sinif otağından ibarətdir. 1200 şagird yerlik məktəbdə kimya, fizika və biologiya daxil olmaqla 4 ədəd laboratoriya, 6 ədəd kompüter otağı, yeməkxana, akt zalı, idman zalı və meydança vardır.


5 il əvvəl