• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramovun “Bilik günü” münasibəti ilə təbriki

Əziz müəllimlər, şagirdlər və tələbələr,

Hörmətli valideynlər,

Sizi  “Bilik günü” və yeni dərs  ili  münasibətilə  təbrik edirəm!     

 Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm.

YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı  bilik vermək, bacarıqlar  formalaşdırmaq, yaşamağı öyrətməkbaşqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü”  kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.

Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış  gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.

Əziz müəllimlər, şagirdlər və tələbələr!

Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir,  ümumxalq firavanlığına aparır.

Elm, inkişaf, tərəqqi simvolu olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!


5 il əvvəl