• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“ASAN peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulunun nəticələri açıqlanıb

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başa çatıb.

4-10 sentyabr 2018-ci il tarixlərində keçirilən sənəd qəbulu zamanı 5134 nəfər qeydiyyatdan keçib. 3913 nəfər müsabiqədən keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

 İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri 11-12 sentyabr 2018-ci il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:

- Təhsil haqqında sənədin əsli;

- Tibbi arayış;

- Şəxsiyyət vəsiqəsi (surəti);

- 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

- Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qeyd edək ki,  dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

 

Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahısı

 


5 il əvvəl