• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiadaçılarımız 4 medalla qayıdır

Sentyabrın 2-dən 7-dək Rusiya Federasiyasının Moskva şəhərində III Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər fərdi  və komanda yarışlarında uğurla çıxış ediblər. Belə ki, kimya fənni üzrə Kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu  sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medal əldə edib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu  sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medala layiq görülüb.

Beynəlxalq Meqapolis Olimpiadasında  olimpiada nailiyyəti ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət olan müsabiqədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Qeyd edək ki, ilk dəfə 2017-ci ildə bu olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

Olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin və Kimya, biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər.

2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.   

 


5 il əvvəl