• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlərimiz beynəlxalq olimpiadadan 3 medal qazanıblar

19-29 iyul tarixlərində Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci Beynəlxalq Kimya Olimpiadasında (İCHO 2018) məktəblilərimiz növbəti uğura imza atıblar. Azərbaycanı olimpiadada 4 şagirdimiz təmsil edib. 

Bakı şəhər akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov  və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallarını qazanıblar.

Kimya-biologiya təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev olimpiadanın Həvəsləndirici sertifikatına layiq görülüb.


5 il əvvəl