• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyib

İyulun 18-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib.

Mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri, media qurumlarının rəhbərləri və təhsil ekspertləri iştirak edib.

Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib. İmtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, iyulun 16-dan start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.

İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-dək  davam edəcək. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.


5 il əvvəl