• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Clarivate Analytics” onlayn seminarlara start verib

İyunun 19-dan Clarivate Analytics şirkəti tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş növbəti silsilə onlayn seminarlara start verilib.

Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, "yırtıcı" jurnallardan qorunmağın yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri, habelə digər aktual  məsələlərə toxunulacaq.

İyunun 28-dək davam edəcək seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarın sonunda iştirakçılara sertifikat veriləcək. Növbəti onlayn seminarlar cari ilin oktyabr-noyabr aylarında keçiriləcək.

Seminarlar üçün qeydiyyatdan keçmək vacibdir.Qeydiyyata dair video təlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.


5 il əvvəl