• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblinin dostu” layihəsi əməkdaşlarının təltif edilməsi

İyunun 14-də Təhsil Nazirliyində “Məktəblinin dostu” pilot layihəsi əməkdaşlarının təltifetmə mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev və “Məktəblinin dostları” iştirak edib.

"Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev təqdimatla çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesi, onlar üçün təhsil qanunvericiliyi, fövqəladə hallarda davranış qaydaları və təcili tibbi yardım xidmətinin hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması ilə bağlı keçirilən təlimlər barəsində məlumat verib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Məktəblinin dostu” layihəsi valideyn-müəllim-şagird ünsiyyət üçbucağının daha effektiv qurulmasında vacib rola malikdir. Nazir müavini  layihənin fəaliyyət göstərdiyi təhsil müəssisələrində məktəblilər arasında tolerantlıq, effektiv kommunikasiyanın və dostluq münasibətlərinin qurulması baxımından görülən işlərin əhəmiyyətini qeyd edib, sağlam mühitin formalaşdırılmasına xüsusi töhfə verildiyini bildirib.

Tədbirdə layihə çərçivəsində əldə olunan nəticələr müzakirə olunub, görülən işlərin əks olunduğu videoçarx nümayiş edilib.

Sonra iş fəalliyyətində xüsusi təşəbbüskarlığına və fəallığına görə fərqlənən “Məktəblinin dostları” “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunub.

“Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.


5 il əvvəl