• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-könüllülərin dünya çempionatına dəstəyi

5-9 iyun 2018-ci il tarixlərində Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 100-dən çox tələbə-könüllüsü dəstək verib.

Çempionatda 43 ölkədən 1500-dən artıq velosipedçi iştirak edib.

Tələbə-könüllülər Azərbaycana gələn müxtəlif ölkələrin nümayəndələrinin, idmançılarının qarşılanması, müşayiət olunması, çempionatın keçirildiyi ərazidə idmançıların qəbulu, mükafatlandırma mərasimləri, biletlərin yoxlanılması, qonaqlara məlumatların verilməsi və digər sahələrdə fəaliyyət göstəriblər.

Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanılmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 16 000-dən artıq könüllü bazasına sahibdir.

Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunurlar.


5 il əvvəl