• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Pedaqoji mühazirələr keçirilib

İyunun 9-da 132-134 nömrəli təhsil kompleksində  “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr keçirilib.

Mühazirələrdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin nümayəndələri, məktəb rəhbərləri, tanınmış təhsil işçiləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov pedaqoji mühazirələri dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib, müəllimlərin iş təcrübələrinin digər həmkarları arasında yayılmasının faydalı olacağını vurğulayıb.

Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələr 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunmuşdur. Rayon (şəhər) mərhələsinin qaliblərinin mühazirələri respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsində proqrama 14 bölmə üzrə 114 pedaqoji mühazirə daxil edilib. Pedaqoji mühazirələr hər bir bölmə üzrə bölmə rəhbərləri və üzvlər tərəfindən dinlənilib və 10 ballıq sistemlə  qiymətləndirilib.

Pedaqoji mühazirələrin yazılmasında ümumi təhsil sistemində çalışan işçilər-müəllimlər, məktəb rəhbərləri, metodistlər, məsləhətçilər, psixoloqlar iştirak ediblər.


5 il əvvəl