• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

 

Təhsil Nazirliyinin SABAH Qruplarında 2018-2019–cu tədris ilinin payız semestrində   müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

İxtisası üzrə minimum magistr dərəcəsi olan, İKT və sahə bilikləri yüksək səviyyəli, innovativ tədris metodikalarından istifadə edə bilən, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər müsabiqədə iştirak edə bilərlər. Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması, kurs sillabusunun hazırlanması, tələbə biliyinin vaxtında qiymətləndirilməsi, ali təhsil müəssisələrinin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi namizədlərdən tələb olunan öhdəliklər sırasındadır.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir. Xaricdə təhsil alan namizədlər nostrifikasiya sənədini təqdim etməlidirlər.

Son müraciət tarixi 19 iyun 2018-ci il tarixidir.

Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib: http://sabah.edu.az/az/sabah-qruplarinda-20182019-ci-tedris-ilinin-payiz-semestrine-muellim-qebulu

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən çox tələbəni,  650-dən  çox müəllim-professor heyətini əhatə edir.


5 il əvvəl