• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil Liqası”na yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

Bakı şəhəri 248267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda hər liqa üzrə I yerə "Qarabağ" Futbol Klubunun, II yerə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə "Keşlə" Futbol Klubunun komandası layiq görülüb. U-9 liqasında “Ən yaxşı oyunçu” nominasiyasına Keşlə FK-dan Elşən Hidayətov, “Ən yaxşı bombardir" nominasiyasına Qarabağ FK-dan Onur Əliyev, U-8 liqasında "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” Sumqayıt komandasından Mirzə Məmmədli, "Ən yaxşı bombardir" nominasiyasına Qarabağ FK-dan Uğur Qurbanlı layiq görülüb.

Qaliblər diplom, kubok və medallarla təltif olunub.

Qeyd edək ki, 13 oktyabr 2017-ci il tarixindən hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından 12 komanda qatılıb, ümumilikdə 264 oyun keçirilib. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarət olub.


5 il əvvəl