• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dünya çempionatına dəstək yarışı başa çatıb

5-9 iyun tarixlərində Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan ümumrespublika velosiped yarışları başa çatıb. Yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib.

Rayondaxili mərhələlərdən sonra Bakı şəhərinin rayonlarının, Sumqayıt, Abşeron, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanın komandaları finala vəsiqə qazanıb. Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışıblar.

Maraqlı mübarizə Xəzər rayonu 26 nömrəli orta məktəbin komandasının qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 nömrəli, 3-cü yerə isə Xətai rayonu 29 nömrəli tam orta məktəbin komandası layiq görülüb. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edilib. Mükafatları təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

Qeyd edək ki, velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində ümumilikdə 570 komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.


5 il əvvəl