Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bakı şəhəri 307 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqları qoruyaq!" adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Rövşən Qasımov uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışıb.
Həmin gün məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış günü də keçirilib. Məktəbin ibtidai sinif müəllimi Durna Abışova şagirdlərini təbrik edib, gələcək tədris ilində onlara uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
5 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10