• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə təlimlər

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri üçün müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə ixtisasartırma xidməti təlimləri davam edir.

3 mərkəzdə 6 qrup üzrə keçirilən, ümumilikdə 48 akademik saatı əhatə edən, 12 günlük təlim müddətində iştirakçılar tədris materiallarının və dərslərin keçirilməsi üçün layihə metodikasından istifadə bacarıqlarına yiyələnirlər. İştirakçılar həmçinin, layihə çərçivəsində müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən səmərəli istifadə edərək dərsi şagirdin marağına və XXI əsrin tələbinə uyğun qurmağı öyrənir, onu daha da zəngin və rəngarəng edirlər. Layihə metodikasını mənimsəyən müəllimlər şagirdləri daha yaradıcı təlimə cəlb etməyə müvəffəq olurlar.

Hazırda Bakı şəhəri 32, 70 və 238  nömrəli tam orta məktəblərdə yerləşən təlim mərkəzlərində məktəbdənkənar təhsil müəssisələrinin 92 nəfər müəllimi iştirak edir.

Təhsil Nazirliyinin sifarişi ilə ümumilikdə 150 nəfər heyətə keçirilməsi planlaşdırılan təlimlərdə artıq 119 nəfər  iştirakını başa vurub.


5 il əvvəl