• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Mayın 23-də “eTwinning Plus” layihəsi çərçivəsində  “Təhsildə İKT” mövzusunda seminar öz işinə başlayıb.

Seminarın açılış mərasimində Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Vüsal Xanlarov çıxış edərək “eTwinning Plus” layihəsinin ölkəmizdə icrası barədə danışıb. Bildirilib ki, layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Ölkəmiz “eTwinning Plus” layihəsində 2013-cü ildən etibarən iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.

Üç gün davam edəcək seminara 8 ölkədən qonaqlar qatılıb. Tədbirdə Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya, Slovakiya və Azərbaycandan olan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak edib.   

Seminarın növbəti günlərində Avropa Ittifaqının Azərbaycan Respublikasında nümayəndəsi Pərviz Bağırov, “ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin professoru Araz Yusubov, "Microsoft-Azərbaycan" şirkətinin təhsil üzrə meneceri Emin Axundov, “eTwinning” layihəsinin ölkələr üzrə səfir və nümayəndələri çıxış edəcəklər.

Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarının artırılması və layihənin Azərbaycanda genişləndirilməsinin təmin etmək məqsədi daşıyır.

Tədbir çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur və layihəyə üzv müəllimlər burada iştirak edir. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.


5 il əvvəl