• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bugünümüz, gələcəyimiz!” mövzusunda intellektual bilik yarışmasının üçüncü – final mərhələsi keçirilib. Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumi təhsil müəssisələrinin məktəbliləri iştirak edib.

Final mərhələsinə rayon mərhələsinin 64 komandası arasından seçilmiş 90 şagirddən ibarət 15 komanda qatılıb.

Hər bir raundda 5 komanda olmaqla 15 komanda arasında 3 oyun keçirilib. Hər oyunda “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası” və “Həyat bilgisi” fənlərindən 4 sual olmaqla 12 sual təqdim edilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb.

Yarışın nəticəsinə görə Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin “Qartal” komandası III, Şuşa rayon 6 nömrəli tam orta məktəbin “Pənahabad” komandası II, Xocavənd rayon  2 nömrəli tam orta məktəbin “Mübariz” komandası I yerə layiq görülüb.

Qalib komandaların hər bir üzvü diplom və medallarla təltif olunub. I, II və III yerləri tutan komandalara isə diplom və yarışın kuboku təqdim edilib.

Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.


5 il əvvəl