• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“100 illik tariximiz” adlı rəsm layihəsi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “100 illik tariximiz” adlı rəsm layihəsi təqdim olunub.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə uşaqların əldə etdikləri bilikləri təkmilləşdirmək, gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, istedadlı uşaq və gəncləri üzə çıxarmaq məqsədi daşıyıb.

Tədbirdə mərkəzin əməkdaşları Nərmin Abdullayevanın rəhbərlik etdiyi “Palitra”  və Könül Orucovanın rəhbərlik etdiyi “Buta” dizayn studiyasının gənc rəssamları taxtadan hazırlanmış “Nar” fiqurlarının və böyük “Nar” maketinin üzərində Azərbaycanın 100 il ərzində keçdiyi şərəfli tarixi yolu, ölkəmizin əldə etdiyi nailiyyətləri əks etdirən rəsmlər çəkiblər. Rəna Kərimovanın rəhbərlik etdiyi “Gənc dizayner” dərnəyinin üzvləri isə milli üslubda taxtadan hazırlanmış şəbəkələri rənglərlə bəzəyiblər.

Sonda mərkəzin dərnək üzvləri mahnı və rəqs ifa ediblər.


5 il əvvəl