• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıb

7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla çıxış edib. Belə ki, komandanın üzvləri Ramil Cəbiyev, Murad Ağazadə,  Anar Abbaslı və Anar Rzayev olimpiadanın bürünc, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.


5 il əvvəl