• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika şahmat festivalının açılış mərasimi keçirilib

“Şahmat” fənni tədris olunan ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş respublika şahmat festivalının final mərhələsinə start verilib.

Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıb.

Açılış mərasimindən sonra yarışlara start verilib.

Qeyd edək ki, şəxsi xarakter daşıyan yarış İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.

Festivalın I mərhələsi “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəbləri arasında keçirilib, rayon (şəhər) üzrə qalib şagirdlər finalda iştirak etmək hüququ qazanıb. Bu mərhələdə respublika üzrə “Şahmat” fənni tədris olunan 500-ə yaxın pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib.

Final yarışlarına mayın 9-da yekun vurulacaq və 400-ə yaxın şagird qatılacaq. 2, 3, və 4-cü siniflər üzrə şəxsi yarışlarda müvafiq yerləri tutan məktəblilər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.


5 il əvvəl