• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Naxçıvanda peşə təhsili və təlimi üzrə seminar keçirilib

“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Peşə təhsili və təliminin və bacarıqlarının inkişafının gələcəyi: iqtisadi inkişafın və rəqabətədavamlılığın gücləndirilməsi üçün təcrübələrin paylaşılması” mövzusunda seminar keçirilib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsi, Avropa Təlim Fondunun Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Marqareta Nikolovska, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, habelə qeyd olunan layihənin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak edib.

Seminarda “Azərbaycanda peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsi” və ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına  Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində cari və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət və layihələr, peşə təhsili və təlimi üzrə ən yaxşı Aİ təcrübələri, Naxçıvan MR-də peşə təhsili və təlimi sahəsində görülən işlər barədə iştirakçılara məlumat verilib. 

Tədbirin sonunda iştirakçıların Naxçıvan MR-də yerləşən peşə təhsili müəssisəsinə səfəri təşkil olunub.

Seminar Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa Təlim Fondu və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.


5 il əvvəl