• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Akademik Zərifə Əliyeva adına liseyin 10 illik yubileyi qeyd olunub

Mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.   

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Mehriban Vəliyeva bildirib ki, işıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir. Mehriban Vəliyeva deyib ki,  bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanlarında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub.

Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib. Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edib.

Sonra liseyin 10 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Təhsil naziri Ceyhun Bayramov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, məktəbin təhsilə verdiyi töhfələrdən danışıb. Nazir əldə olunan bu nailiyyətlərdə liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edib, təhsil müəssisəsinin şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında yüksək yerlərə layiq görüldüklərini vurğulayıb.

Yubiley tədbirində çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kollektivi təbrik edərək onlara uğurlar arzulayıb.

Sonra liseyin 27 müəlliminə Təhsil Nazirliyinin Fəxri fərman və təşəkkürnamələri təqdim edilib.

Tədbirdə, həmçinin liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr olunmuş ”Gələcəyə açılan qapı” adlı jurnallar paylanılıb.

Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşıb.


5 il əvvəl