• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəblilərin növbəti olimpiada uğuru 

22-28 aprel tarixlərində Belarusun paytaxtı Minsk şəhərində 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadası keçirilib.  5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz medalla qayıdıblar. Belə ki, 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli  olimpiadanın gümüş medalına layiq görülüblər.

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləri olan şagirdlərimiz tədris ili boyunca bu olimpiadalara hazırlaşıb, Moskva Dövlət Universitetinin Bakı filialında həm nəzəri, həm də praktiki hazırlıq dərslərinə qatılıblar.

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.


5 il əvvəl