• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarının bilik yarışı qaliblərinin mükafatlandırılma mərasimi

Aprelin 25-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən yarışı yüksək qiymətləndirib.

Mərasimdə iştirak edən təhsil ­nazirinin müavini Fir­udin Qurbanov bilik yarışını tələbələrin  tədris dövründəki inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Nazir müavini bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb.

Sonra çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov yarışın tələbələrin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya üzrə bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla 8 ali təhsil müəssisəsinin 520-dək SABAH tələbəsinin iştirakı ilə keçirilib.


6 il əvvəl