• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA), akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, akademiyanın həqiqi və müxbir üzvləri, ADNSU-nun professor-müəllim heyəti iştirak edib.

Qonaqları salamlayan ADNSU-nun rektoru Mustafa Babanlı ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında Akif Əlizadənin gördüyü mühüm işlərdən danışıb, universitet əməkdaşlarının, xüsusilə neftçi və geoloqların, elmdə ilk addımlarını atan gənc alimlərin Akif Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.

Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında mühüm rol oynadığını qeyd edib, gənc alimlərin yetişməsində əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Nazir akademik Akif Əlizadənin keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib.

Daha sonra çıxış edənlər AMEA prezidentinin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb,  onun rəhbərliyi ilə onlarla alimin yetişdiyini diqqətə çatdırıblar.  

AMEA-nın prezidenti Akif Əlizadə  haqqında deyilən xoş sözlərə görə təşəkkür edib. Azərbaycanda təhsilin və elmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik bunu müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasında qarşıda duran vəzifələrdən biri kimi səciyyələndirib.

Sonra Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunu təqdim edib.


5 il əvvəl