• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cəlilabad, Masallı və Yardımlı rayonlarının kəndlərində modul tipli 15 məktəb quraşdırılacaq

Prezident İlham Əliyev aprelin 9-da “Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 177 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən Cəlilabadın Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran, Suluçeşmə, Masallının Şıxlar, Bala Təklə, Yardımlının Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq.

 

AZƏRTAC


 

Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


5 il əvvəl