• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdman məktəblərinin əməkdaşları üçün seminar

Aprelin 9-da Təhsil Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, məşqçi-müəllimləri, həkimləri və idmançıları üçün seminar keçirilib.  

Seminarda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda  Təhsil Nazirliyi sistemində 76 idman məktəbi fəaliyyət göstərir ki, həmin məktəblərdən 3-ü Uşaq-Gənclər İdman Məktəbi, 13-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və 60-ı isə Uşaq-Gənclər İdman-Şahmat Məktəbidir. Bu məktəblər üzrə  29 idman növü inkişaf etdirilir. İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2014-cü ildə 1994, 2017-ci ildə isə 2346 medal qazanıb.

Nazir müavini Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən həmin məktəblərin məşqçi-müəllimlər, həkimlər və idmançılar tərəfindən idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə aparılmasında, eləcə də qadağa qoyulmuş yeni dərman, preparatlar və digər qaydalar haqqında məlumatlandırılmasında seminarın əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli agentlik haqqında məlumat verib, idmanda dopinq vasitələrindən və üsullarında istifadəyə qarşı mübarizədə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən bəhs edib.

Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən mövzu ilə bağlı təqdimatlar edilib, suallar cavablandırılıb.


5 il əvvəl