• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşəyönümü işinin aparılması üzrə təlim keçirilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı” çərçivəsində “Məşğulluq mərkəzlərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin mütəxəssisləri üçün peşəyönümü işinin aparılması üzrə bacarıqların təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimlər başa çatıb.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ilk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak ediblər.

Beynəlxalq ekspertlər tərəfindən keçirilən təlimin məqsədi məşğulluq mərkəzləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri üçün peşəyönümü işinin aparılması üzrə bacarıqların təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə fəaliyyət göstərən yerli strukturların nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi olub.

Tədbirin sonunda təlimdə fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.


5 il əvvəl