• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Monitorinq və qiymətləndirmə mövzusunda təlim keçirilib

“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi layihəsi çərçivəsində monitorinq və qiymətləndirmə mövzusu üzrə təlim keçirilib.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, həmçinin layihənin ekspertləri iştirak edib.

Təlimin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq ixtisaslaşma sahələri nəzərə alınmaqla hazırlanmış əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi metodikası barədə birgə müzakirələrin aparılması və bununla bağlı peşə təhsili müəssisələrinin məlumatlandırılması olub.

Təlimdə beynəlxalq ekspert Valid Madhun tərəfindən peşə təhsili və təlimi müəssisələrinin fəaliyyətinin keyfiyyətinə və təkmilləşdirilməsinə nəzarətin həyata keçirilməsi sahəsində monitorinq və qiymətləndirmənin əhəmiyyəti məsələlərindən söz açıb. Həmçinin monitorinq və qiymətləndirmənin formaları və ölçülməsi üsulları, nəticəyə əsaslanan fəaliyyətin qiymətləndirilməsi, əsas fəaliyyət göstəriciləri, onların müəyyən edilməsi metodikası,  planlaşdırma  barədə təlim iştirakçılarına məlumat verilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


6 il əvvəl