• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

 Aprelin 3-də TəhsilVergilər nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Təhsil və Vergilər nazirliklərinin rəhbərliyi, ali məktəblərin rektorları, SABAH qruplarının İcra Komitəsinin üzvləri və tələbələr iştirak ediblər.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, vergilər nazirinin müavini Sahib Ələkbərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış ediblər. Bildirilib ki, ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni bir layihəyə start verilib. Bu layihə ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur. Qeyd edilib ki, bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək, insan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbatları nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq.

Əməkdaşlıq çərçivəsində qarşıdakı dövrdə tələbələrə istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçirmələri üçün şərait yaradılacaq, müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtibi və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara cəlb ediləcəklər.

Çıxış edən natiqlər layihənin elm, təhsil və təcrübənin bir-birini tamamlamasına xidmət etdiyini və gələcək peşəkar kadrların yetişdirilməsinə böyük təkan verəcəyini bildiriblər.

Sonra Təhsil və Vergilər nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və vergilər nazirinin müavini Sahib Ələkbərov imzalayıblar.

 

 


5 il əvvəl