• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Bərdə Peşə Liseyinin modernləşdirilməsi” qrant layihəsinin başlanılmasına dair görüş

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Bərdə Peşə Liseyinin modernləşdirilməsi" qrant  layihəsinin başlanılması ilə bağlı görüş keçirilib.

Layihə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin modernləşdirilməsi” qrant layihəsi çərçivəsində Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən Təhsil İnstitutu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Estoniyanın kənd-təsərrüfatı profilli peşə məktəbi Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə birgə icra edilir.

Görüşdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Avropa İttifaqının nümayəndələri iştirak edib.

Layihə icraçıları təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verdikdən sonra görüləcək işlər və həyata keçiriləcək tədbirlər haqqında müzakirələr aparılıb, layihəyə əlavə ediləcək əsas tədbirlərlə bağlı fikir mübadiləsi edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyinin maddi texniki bazasının təkmilləşdirilməsi, kadr potensialının artırılması, eləcə də liseyin idarəedilməsinin müasir standartlara uyğun təşkilidir. Layihə çərçivəsində Bərdə Peşə Liseyinin strateji planının hazırlanması, rəhbər və mühəndis-pedaqoji heyətin təlimlərə cəlb edilməsi, məktəbin büdcədənkənar gəlirlərinin artırılması üçün yeni planın tərtib edilməsi, beynəlxalq standartlara cavab verən yeni təhsil proqramları (kurikulumların) və modul tədris vəsaitlərinin hazırlanması, eləcə də təhsil müəssisəsinin lazımi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub.

Layihənin icra müddəti 2017-2020-ci illəri əhatə edir.


6 il əvvəl