• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Belarus Respublikasının nümayəndə heyəti ilə görüşüb

Martın 5-də təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasının Təhsil Nazirliyi və bu ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə Belarus Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşları, Belarus ali təhsil müəssisələrinin rektorları, prorektorları, Belarus Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.

Firudin Qurbanov ölkələrimiz və xalqlarımız arasındakı ümumi oxşarlığın əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib. Görüş zamanı qeyd edilib ki, digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də Azərbaycan və Belarus arasında əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan və Belarus dilləri hər iki ölkənin universitetlərində qarşılıqlı şəkildə təbliğ olunur, iki dövlətin təhsil müəssisələri arasında əlaqələr genişlənir. Bundan başqa, Azərbaycan və Belarus Təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib və onların suallarını cavablandırıb.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib.


6 il əvvəl