• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələrinin layihəsində iştirak etdikləri “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq ixtisası üzrə SABAH qruplarının məzunları Yaqub Mehdiyev və Nəriman Abdinli Moskva şəhərinin məşhur “Zaryadye” parkının ərazisində inşa edilmiş “Üzən körpü” unikal piyada estakadasının layihəsində iştirak ediblər.

“Üzən körpü” estakadasının unikallığı onun konsolunun 70 metr uzunluğunda olmasıdır. Estakada Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir.

Layihənin baş mühəndisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH müəllimi Qulam Əliyevdir.


6 il əvvəl