• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Birinci sinfə qəbulla bağlı təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair təlim keçirilib.

Təlimdə Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil ŞöbəsiAbşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları və həmin regionlarda fəaliyyət göstərəcək Alternativ Qeydiyyat Mərkəzlərinə təhkim olunmuş məsul şəxslər iştirak ediblər.

Təlim zamanı BŞTİ-nin İnformasiya təminatı sektorunun nümayəndələri tərəfindən I sinfə şagird qəbulunun mektebeqebul.edu.az elektron sistem vasitəsilə həyata keçirilməsi qaydaları ətraflı şəkildə izah edilib. Eyni zamanda, qeydiyyatdan keçə bilməyən valideynlərin müraciətlərinin cavablandırılması və uşaqların yaş kateqoriyası nəzərə alınmaqla, vətəndaşların yönləndirilməsi məsələləri barədə geniş məlumatlar verilib.

Həmçinin, təlim iştirakçılarına onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesi də aydın şəkildə göstərilib.

Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.


6 il əvvəl