• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiada hazırlıq mərkəzlərinə mediatur

Fevralın 10-da Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.

Mediaturda  bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya - biologiya təmayüllü Respublika liseyləri və eləcədə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Mərkəzlərdə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə dərslər keçilir. Aşağı və yuxarı yaş qrupu olmaqla iki fərqli qruplarda aparılan hazırlıq dərsləri əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir.

Aşağı sinif şagirdləri arasında keçirilən  məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fəndən 20-30 şagird seçilərək aşağı yaş qrupları müəyyən edilir. Paytaxt məktəbliləri öz məktəblərində dərslərinə davam etməklə, həftədə bir neçə dəfə həmin mərkəzlərdə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Bölgə məktəblilərinin həftə ərzində olimpiadaya hazırlıq proqramlarında iştirakının təmin edilməsi məqsədi ilə onlar sözügedən təhsil müəssisələrində yerləşdirilirlər. Burada şagirdlər dövlət hesabına  isti yemək və yataqxana ilə təmin olunurlar.

Şagirdlərin olimpiadaya hazırlıq işlərinin keyfiyyətli və nəticəyönümlü olması üçün Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Mili Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq edilməkdədir.

Olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları artırılır. Bu məqsədlə onlar ölkə daxilində və ya xaricdə müvafiq laboratoriyalarda hazırlıq proseslərinə cəlb olunurlar. Hazırda hər fəndən iki fərqli qrup olmaqla 300-dən çox şagird həmin mərkəzlərdə məşğələlərə qatılırlar.


6 il əvvəl