• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH müəllimləri üçün təlim

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində dərs deyəcək yeni seçilmiş professor-müəllim heyəti və mütəxəssislər üçün  “ADA” Universitetində təlimlər keçirilib.

Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır.

Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtibetmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və sistemləri, İKT-nin tədris prosesinə təsiri və digər mövzular da daxil edilib.

İki günlük təlimlərdə 80 nəfər iştirak edib. Növbəti təlimlər 10-11 fevral tarixlərində keçiriləcək.


6 il əvvəl