Akkreditasiya üzrə ekspertlər üçün beynəlxalq seminar
12-14 fevral 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar təşkil olunacaq.
Seminar Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi (ENQA) ekspertləri tərəfindən keçiriləcək. Seminarda ali məktəblərin akkreditasiyası zamanı ekspert komissiyasının üzvləri kimi fəaliyyət göstərən ali təhsil mütəxəssislərinin iştirakı nəzərdə tutulub.
Seminarın məqsədi Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiya prosesininin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması, habelə proseslərdə iştirak edəcək yerli ekspertlərin praktiki biliklərinin və potensialının inkişaf etdirilməsidir. Seminarda xarici ekspertlər qismində Təhsildə Keyfiyyətin Təminatı üzrə Norveç Agentliyinin eksperti Tove Blytt Holmen, Hollandiyanın Akkreditasiya Təşkilatının eksperti Lineke van Bruggen və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktoru Nora Skaburskiene iştirak edəcəklər.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30