• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Latviyanın təqaüd proqramı

Latviya Hökuməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.

Təhsil bakalavriat, magistratura, doktorantura səviyyəsi üzrə ingilis və ya latış dilində aparılacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri 1 aprel 2018-ci ilədək təqdim etməlidirlər.  

Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır.

Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.

 

2018-2019-cu tədris ili üçün Latviyanın təqaüd proqramı


6 il əvvəl