• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir

Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyir?

 

Mehriban VƏLİYEVA,

Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetinin məzunu

1989-cu ildə Tovuz rayonunda anadan olub. 1996-cı ildə rayonun Vaqif Kazımov adına Çobansıxnaq kənd orta məktəbində birinci sinfə gedib. 2007-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Aqrar Univesitetinin aqrar iqtisadiyyat və menecment fakültəsinin menecment (alman proqramı) ixtisasına daxil olub. Təhsil müddətində “DEULA-Nienburg GmbH” təşkilatı vasitəsilə Almaniyada 6 aylıq təcrübə keçib. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə ilə bitirib və həmin il Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetində menecment (aqrar sahədə biznesin idarə olunması) üzrə magistr pilləsinə qəbul olunub. Magistr təhsilini 2013-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram” çərçivəsində tamamlayıb. 2013-cü ildə Hollandiyada 3 aylıq “junior project manager” sahəsində təcrübə keçib. Daha sonra bir müddət Almaniyada REHAU şirkətində keyfiyyətə nəzarət sahəsində, 2014-cü ildə Alman -Azərbaycan Xarici Ticarət palatasında biznes xidmətlər bölməsində işləyib. 2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tabeliyində “Azalternativenerji” MMC-də baş mütəxəssis olaraq fəaliyyətə başlayıb.

2016-cı ildən etibarən Agentliyin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsində dövlət qulluqçusu olaraq fəaliyyətdədir. Təhsil Nazirliyinin dəstəyi ilə “Enerjinin əldə edilməsi texnologiyası” adlı kitabı çap olunub.


Rəşad ƏLİYEV,

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun məzunu

1989-cu il avqustun 17-də Bakıda anadan olub. IX sinfə qədər Bakıdakı 56 nömrəli tam orta məktəbdə oxuyub, daha sonra təhsilini 147 nömrəli Texniki Humanitar Liseyində davam etdirib. 2006-cı ildə orta təhsilini başa vurub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 627 bal yığaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunub. BDU-da 1-ci semestrdə təhsil aldığı zaman UNESCO-nun ACCESS proqramına qatılıb və təhsilini KAİST-də (Koreya Respublikasının Elm və Texnologiyalar İnstitutu) davam etdirmək hüququ qazanıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007- 2011-ci illərdə KAİST-də kompüter elmləri ixtisası üzrə bakalavr təhsili alıb. KAİST-də oxuyarkən “LG Electronics” şirkətində 2 aylıq internatura təcrübə proqramına qatılıb. Təhsilini bitirdikdən sonra 2011-ci ilin fevralında “Hugeflou” şirkətində tədqiqatçı mühəndis vəzifəsinə işə qəbul olunub. 2012-ci ilin fevral ayından Koreya Universitetində professor Heejo Lee-nin rəhbərliyi altında “Kompüter və kommunikasiyaların təhlükəsizliyi” laboratoriyasında elmi işçi kimi çalışaraq magistratura təhsilinə başlayıb. 2014-cü ilin avqust ayında magistratura təhsilini başa vuraraq magistr elmi dərəcəsini qazanıb. 2014-cü ilin sentyabr ayında Bakı Ali Neft Məktəbində dərs deməyə başlayıb. 2016-cı ilin sentyabrından isə ADA Universitetində kompüter elmləri üzrə müəllim vəzifəsində işləyir.


Nərgiz QASIMOVA,

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

3 noyabr 1990-cı il tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildə Rusiya Federasiyası Moskva vilayətinin Şolkovo şəhərinin 6 nömrəli tam orta məktəbini bitirib və həmin il hökumətlərarası müqavilə çərçivəsində Rusiya Federasiyasının Moskva Dövlət Maşınqayırma Universitetinin (Moskovskiy Qosudarstvennıy Maşinostroitelnıy Universitet) hüquq fakültəsinə daxil olub. 2014-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Daha sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (Moskovskiy Qosudarstvennıy Universitet imeni M.V.Lomonosova) hüquq fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib. 2014-cü ildə Rusiya Federasiyasının Maliyyə Nazirliyi tərəfindən keçirilən 3-cü Ümumrusiya elmi-praktik konfransda “Hüquqi və fiziki şəxslərin vergi ödənişlərindən yayınması” məruzəsi ilə çıxış edib. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş və hər il keçirilən “Xocalıya ədalət” kampaniyasının təşkilində fəallıq göstərib.

N.Qasımova 2016-cı ildə magistraturanı bitirib və hazırda Bakı Apelyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışır.


Ümid MEHDİYEV,

Böyük Britaniyanın Liverpul Universitetinin məzunu

1991-ci il avqustun 10-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub. 2009-cu ildə Bakıdakı 258 nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universiteti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində ingilis dilində tədris olunan “Yeni texnologiyaların iqtisadiyyatda tətbiqi” ixtisasını bitirib. 2015-ci ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində “Təchizat zəncirinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsini alıb. Rus, ingilis, alman dillərini bilir. 2010-cu ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan filialında təchizat mütəxəssisi kimi fəaliyyətə başlayıb. 2014-cü ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan filialında ofis administratoru, 2016-cı ildə “Silkway” şirkətlər qrupunun “Silkway Technics” şirkətinin Logistika və təchizat departamentində inventarın baş koordinatoru, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində “Dəyər zəncirinin idarə edilməsi” fənni üzrə saat hesabı müəllim vəzifələrində çalışıb. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) rektorunun köməkçisi, 2017-ci ildən isə ADPU-nun inzibati-təsərrüfat işləri üzrə prorektorudur.


Səmra TALIŞİNSKAYA,

Böyük Britaniyanın Varvik Universitetinin məzunu

1993-cü il 29 aprel tarixində Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri M.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 660 bal toplayaraq dövlət sifarişi əsasında Qafqaz Universitetinin maliyyə (ingilisdilli) ixtisasına qəbul olunub. 2014-cü ildə PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) adlı təqaüdünə layiq görülüb. 2015-ci ildə Qafqaz Universitetindən 98.93% ortalama ilə iqtisadiyyat və idarəetmə fakültəsinin birincisi kimi məzun olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində maliyyə ixtisası üzrə magistratura təhsilini Birləşmiş Krallığın maliyyə ixtisası üzrə ən yaxşı 3 universitetindən hesab olunan Varvik Universitetində (University of Warwick) alıb. 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentində çalışır.

2017-ci ilin fevral ayından Bakı Mühəndislik Universitetində saat hesabı əsaslarla pedaqoji fəaliyyətə başlayıb və hazırda bank işi (ingilis dilində) fənnini tədris edir.


Nicat İBRAHİMOV,

Böyük Britaniyanın Şeffild Universitetinin məzunu

30 noyabr 1993-cü il tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Qaradağ rayonundakı 228 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi 2013-2017-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetində avtomatik idarəetmə və sistemlər mühəndisliyi ixtisasında təhsil alaraq magistr dərəcəsinə yiyələnib. Universitetdə təhsil aldığı müddətdə departament daxilində təşkil olunan robototexnika yarışlarında və layihələrdə iştirak edib. Komanda şəklində və fərdi olaraq yarı-avtonom, full-avtonom robotların dizaynı və proqramlaşdırılması, pilotsuz uçuş aparatlarının idarəetmə sistemi və simulyasiyası layihələri üzərində işləyib. Bundan əlavə, Şeffild - Azərbaycan Cəmiyyətinin fəal üzvü olaraq universitetdə keçirilən müxtəlif tədbirlərlərdə xarici tələbələrin və akademik heyətin ölkəmiz, milli bayramlarımız, Xocalı həqiqətləri ilə yaxından tanış edilməsində iştirak edib.

2017-ci ildə təhsilini başa vuraraq vətənə qayıdıb və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında mühəndis vəzifəsində çalışır.


Elmar MUSTAFAYEV,

İtaliyanın La Sapienza Universitetinin məzunu

7 dekabr 1987-ci il tarixində Rusiya Federasiyası Krasnodar vilayətinin Beloreçensk şəhərində anadan olub. Bakı şəhəri Xətai rayonundakı 25 nömrəli tam orta məktəbi bitirib. 2006-2011-ci illərdə Qafqaz Universitetində tərcümə (ingilis dili) ixtisası üzrə bakalavr təhsili alıb. 2013-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın La Sapienza Universitetində “Beynəlxalq əməkdaşlıq və inkişaf” ixtisası üzrə magistratura proqramına qəbul olunub. 2015-ci ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirib. Magistratura təhsili dönəmində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və Avropa Parlamentində təcrübə proqramı keçib. 2015-ci ildən La Sapienza Universitetinin siyasi elmlər fakültəsində Avropa tarixi ixtisası üzrə doktorantura tələbəsidir. Doktorantura təhsili müddətində həmçinin Romanın Geosiyasi Araşdırmalar Mərkəzində də fəaliyyət göstərib. 2016-cı ildə doktorantura sahəsində araşdırmalarını davam etdirmək üçün Bakıya qayıdıb və elə həmin ildən Xəzər Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər departamentində müəllim və koordinator kimi çalışır.


Eltac ABBASOV,

Belçikanın Antverp Menecment Məktəbinin məzunu

1992-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə alıb. 2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə qəbul olub. Bakalavr təhsili illərində bir sıra elmi konfranslarda, o cümlədən xarici təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak edib. 2013-cü ildə bakalavr təhsilini başa vurub. 2013-2015-ci illərdə ADA Universitetində “Dövlət maliyyəsi” (İctimai idarəetmə) ixtisası üzrə magistratura təhsili alıb. Daha sonra Almaniyanın enerji şirkəti olan “EON SE”-də (Düsseldorf və Berlin şəhərlərində ) maliyyə üzrə internatura keçib. 2016-cı ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüsü adına layiq görülərək Belçikanın Antverp Menecment Məktəbində maliyə sahəsində yüksək magistr dərəcəsi üzrə təhsil alıb. Hazırda ADA Universitetində “Büdcə və maliyə təhlili” üzrə analitik vəzifəsində çalışır. CFA Maliyə Proqramı üzrə namizəddir.

 

“Azərbaycan müəllimi” qəzeti

 


6 il əvvəl