• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi davam etdiriləcək

2018-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixitsas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub. 2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib. 51 peşə-ixtisas istiqaməti üzrə tədris etdikləri ixtisaslara müvafiq ali və ya orta ixtisas təhsilli fənn müəllimləri və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilmədə iştirakına şərait yaradılıb. Diaqnostik qiymətləndirmənin bu mərhələsində daha çox “Aşpaz”, “Kompüter ustası”, “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Geyim üzrə dizayner”, “Əl elektrik qaynaqçısı” ixtisasları üzrə mühəndis-pedaqoji heyət iştirak edib, ixtisas və metodika sahəsində sualları cavablandırıb. Nəticələrdən asılı olaraq mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.


6 il əvvəl