• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Cücələrim” ansamblı festivalda birincilik qazanıb

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı XVII Beynəlxalq Uşaq Yaradıcılıq Forumu və “Milad Ulduzları - 2018” festival-müsabiqəsinin əsas Yeni il festivalında I yeri qazanıb. Festival “Şəhərlərin Həyatı” Festival Komitəsi tərəfindən Moskvanın "Kosmos" Böyük Konsert Zalında keçirilib.

Festival Rusiyanın müxtəlif şəhərləri, MDB və digər xarici ölkələr ilə yaradıcı nailiyyətlərin mübadiləsinin aparılması, uşaq yaradıcılığının təbliği, gənc istedadların yaradıcılıq imkanlarının reallaşdırılmasına dəstək göstərilməsi və aşkarlanması, qorunması, inkişafı, uşaq kollektivlərinin ustalıq və ifaçılıq mədəniyyətinin artırılmasına köməklik edilməsi məqsədi daşıyıb.

Festivalda 2500 uşaq kollektivi iştirak edib. Beş gün davam edən festivalda “Cücələrim” ansamblı Azərbaycan rəqslərini təbliğ edib, milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətləri  nümayiş etdiriblər.

Klassik, xalq və estrada rəqsləri, uşaq xor kollektivləri və vokal ansamblları, uşaq orkestrləri və musiqi ansamblları, fraqmentlərlə uşaq operettaları kimi müxtəlif janrlarda təşkil olunmuş müsabiqədə “Cücələrim” ansamblı  digər rəqiblərini  üstələyərək birincilik kubokunu əldə edib.

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, müəllim heyəti və ansamblın üzvləri Moskva Mədəniyyət Departamenti, Moskva Həmkarlar İttifaqları Federasiyası tərəfindən xüsusi mükafat və hədiyyələrlə, diplom və sertifikatlarla təltif olunub.


6 il əvvəl