• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində “British Council” təşkilatının “Uğura doğru addımlar” layihəsi ilə əlaqədar beynəlxalq seminar keçirilib.

“British Council” təşkilatı tərəfindən təşkil edilən həmin seminarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov və Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müdiri Əmralı Şirəliyev iştirak edib.
Seminarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Xorvatiya, İsrail, Serbiya, Bolqarıstan və Ermənistandan nümayəndələr iştirak edib.
Seminarda hər bir ölkənin nümayəndə heyəti təqdimatla çıxış edib, ingilis dili müəllimlərinin ilkin hazırlığı, statusu, ixtisasının artırılması sistemi barədə məlumat verilib.
Azərbaycan tərəfindən edilən təqdimatda son illərdə ingilis dili müəllimlərinin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən “British Council” təşkilatı ilə birgə layihələr, səmərəli əməkdaşlıq nəticəsində əldə olunan əhəmiyyətli nailiyyətlər, eyni zamanda ingilis dili müəllimlərinin ilkin hazırlığı barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ibtidai siniflərdə ingilis dili fənni üzrə yeni kurikulum hazırlanıb və I-II siniflərdə tətbiq edilib. Həmin siniflər üçün ingilis dili üzrə dərslik komplektləri hazırlanıb və istifadə edilməkdədir. Sonrakı illərdə bu prosesin davam etdiriləcəyi də diqqətə çatdırılıb.
Azərbaycanda cari tədris ilindən ixtisasartırma sahəsində yeni modelin tətbiqi barədə də seminar iştirakçılarına məlumat verilib. Ölkəmizdə ingilis dilinin tədrisi ilə əlaqədar həyata keçirilən tədbirlər və tətbiq edilən yeni ixtisasartırma modeli “British Council”in mütəxəssisləri və seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Seminarda “British Council”in “Uğura doğru addımlar” adlı yeni layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihənin cari ilin mayından Cənub Şərqi Avropanın 16 ölkəsində, o cümlədən Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulub. Layihənin məqsədi universitetin sonuncu kursunda ingilis dili müəllimi ixtisası üzrə təhsil alan tələbələrə müvafiq bacarıqların aşılanması və 5 ilədək pedaqoji stajı olan ingilis dili müəllimlərinin peşəkarlığının və səriştəsinin artırılmasıdır. Layihənin əhəmiyyəti ondan ibarətdir ki, burada gənc ingilis dili müəllimlərinin ehtiyacları öyrəniləcək, həmin ehtiyaclara uyğun olaraq müvafiq strategiya seçilib tətbiq ediləcək, prosesdə həm onlayn, həm də üzbəüz kurslar təşkil olunacaq və portfolilolar hazırlanaq.
Məlumat üçün bildirək ki, “British Council” təşkilatı ilə birgə həyata keçiriləcək yeni layihə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu layihə pedaqoji profilli ali təhsil müəssisələrində ingilis dili müəllimi ixtisası üzrə təhsil alan 900 nəfərədək sonuncu kurs tələbəsini, hazırda məktəblərdə işləyən və 5 ilədək pedaqoji stajı olan 1000 nəfərədək ingilis dili müəllimini əhatə edəcək.


8 il əvvəl