“Məktəbli Debat Forumu: Payız 2017”
“Məktəbli Debat Forumu: Payız 2017”-nin final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən müsabiqənin final mərhələsində 8 məktəbdən 16 komanda iştirak edib.
Məktəbli debatçılar “Ətraf mühitin qorunması iqtisadiyyatın inkişafını məhdudlaşdırır” mövzusunda araşdırmalar aparmaqla gərgin təlim və məşq prosesinin ardından müxtəlif biliklərə yiyələnərək debatlar aparıblar. Eyni zamanda mövzu ətrafında gənclərimə ekspert görüşləri təşkil olunub.
“Məktəbli Debat Forumu: Payız 2017”-nin finalına vəsiqə qazanmış “Zəngi” liseyinin “Star” və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin “QUVİU” komandaları final mərhələsində görüşüb. Final oyunun nəticəsində 6 nömrəli məktəb-liseyin komandası “Məktəbli Debat Forumu: Payız 2017”-nin kubokunu qazanıb. Forumun 3 ən yaxşı natiqi də müəyyən olunub. Belə ki, “1-ci ən yaxşı natiq” Bakı Avropa Liseyinin şagirdi Hikmət Məmmədli, “2-ci ən yaxşı natiq” Elitar Gimnaziyanın şagirdi Səlvinaz Hətəmova və “3-cü ən yaxşı natiq” Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdi Şəfəq Abdullayeva seçilib.
Yekunda qalib və finalçı komandalar, ən yaxşı natiqlər, məşqçi və hakimlər mükafatlandırılıblar.
6 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00 -
Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib
15.04.2024 - 17:07