• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil Liqaları”na start verilib

Təhsil NazirliyiAzərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetin İdman Kompleksində basketbolçulardan ibarət komandalar arasında 2017-2018-ci il üzrə “Təhsil Liqaları”na start verilib.

13 (U-13) və 15 yaşadək (U-15) komandalar arasında təşkil edilən “Təhsil Liqaları”nın keçirilməsində məqsəd yaş qrupları üzrə ən yaxşı basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir.

Təhsil Nazirliyinin, Azərbaycan Basketbol Federasiyasının və idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilməsi və istedadlı idmançıların aşkar edilməsi baxımından liqaların əhəmiyyətindan danışılıb. Həmçinin belə tədbirlərin uşaq-gənclərin idmana olan maraqlarının artmasında müsbət rolu vurğulanıb.

Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun və solistlərinin ifası təqdim edilib.

Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.

İki  dövrədən ibarət olan liqaların oyunları 2018-ci ilin iyun ayında başa çatacaq.


6 il əvvəl