• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ana yurdum, Azərbaycan” adlı I Respublika dram müsabiqəsi

Qəbələ rayonunda Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan dramaturgiyası dünən və bu gün” mövzusunda “Ana yurdum, Azərbaycan” adlı I Respublika dram müsabiqəsi keçirilib.

Müsabiqə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının uşaq və gəncləri arasında keçirilib.

Müsabiqənin təşkil edilməsində məqsəd klassik və müasir dramaturgiyamızın tarixinə nəzər salmaq, xüsusi istedadı olan uşaqları üzə çıxarmaq, dostluq, xeyirxahlıq, tolerantlıq və vətənpərvərlik duyğularının aşılanması olub.

Müsabiqənin I mərhələsi yerlərdə təşkil olunub, fərqlənən kollektiv və ifaçılar II - yekun mərhələdə iştirak etmək hüququ qazanıblar.

Bölgələrdən Qəbələyə gələn kollektiv və iştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra uşaqların Qəbələ şəhərinə ekskursiyası təşkil olunub və kollektivlərin “tanışlıq axşamı”  keçirilib.

Müsabiqənin yekun tədbiri Qəbələ Mədəniyyət Mərkəzində keçirilib. Yekun mərhələdə 14 müəssisədən 90-a yaxın məktəblinin və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvlərinin çıxışları dinlənilib. Uşaqlar kompozisiyalar, bədii qiraət nümunələri və dramaturqların əsərlərindən hazırladıqları parçalar ifa ediblər.

İştirakçıların ifasının qiymətləndirilməsi zamanı uşaqların səhnə danışığı və mədəniyyəti,  obrazlı ifası, səhnə və musiqi tərtibatı, geyimi münsiflər tərəfindən əsas şərt kimi götürülüb.

Müsabiqənin nəticələrinə görə hər bir yer üzrə 4 nəfər olmaqla 12 nəfər  I, II, III yeri qazanıb.

Daha sonra qaliblərə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və hədiyyələr təqdim olunub.      


6 il əvvəl