• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elektron dərslik portalı xüsusi mükafata layiq görülüb

Milli Net-2017” Milli İnternet Mükafatı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyinin elektron dərslik portalı (www.e-derslik.edu.az) “Milli Net-2017” Elektron Resurslar Müsabiqəsinin qalibi olub. Portal ilin ən yaxşı “Təhsil və elm” nominasiyası üzrə bütün nominantları üstələyərək müsabiqənin buta mükafatını əldə edib.

Artıq 9-cu dəfə keçirilən Milli Net elektron resurslar müsabiqəsinə bu il 18 nominasiya üzrə 392 internet resurs təqdim olunub və onlardan yalnız 291 resurs yarışmaya buraxılıb. Həmin resurslardan 96-sı əsas mükafat uğrunda yarışmaq üçün nominant olaraq seçilib.

Təhsil Nazirliyi elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq 2014-cü ildə  elektron dərslik portalını istifadəyə verib. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib. Portaldan daha rahat istifadə üçün qeydiyyatdan keçməklə bağlı izahlı video da əlavə edilib.

2017-ci ildə portala 59  yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Hazırda 199 elekron dərslik, 22 müəllim metodik vəsait və 2 sinifdənxaric oxu ədəbiyyatı olmaqla portalda 223 ədəd elektron kitab yerləşdirilib. Dərsliklər Azərbaycan və rus bölməsi üzrə I-X siniflər üzrə sıralanıb.

Portal yarandığı gündən bu vaxta qədər 2.500.000 dəfədən çox istifadə olunub. Təkcə 2017-ci ilin göstəricilərinə görə bu rəqəm 1 milyonu keçib. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı 172.143 nəfərdir.


6 il əvvəl