Əməkdaşlıq Memorandumu imzalanıb
Dekabrın 20-də Azərbaycan Turizm və Menecment Universiteti ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər planlarının icrasını təmin etmək məqsədinə xidmət edir.
Memorandum çərçivəsində ilk peşə-ixtisas təhsili səviyyəsində turizm-xidmət istiqaməti üzrə ixtisaslı kadrların hazırlanmasının, habelə müvafiq sahələrdə onların bilik və bacarıqlarının artırılmasının, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə Turizm və Menecment Universitetinin pedaqoji heyətinin turizm-rekreasiya zonalarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması nəzərdə tutulur.
Əməkdaşlığa əsasən, turizm sahəsi üzrə ilk peşə-ixtisas təhsili səviyyəsində tədris planlarının özəl sektorla əlaqələndirilməsi, tədrisin maddi-texniki, o cümlədən metodiki bazasının gücləndirilməsi, təhsilverənlərin bilik və bacarıqlarının artırılması, təhsilalanların işəgötürənlərə məxsus müəssisələrdə istehsalat təcrübəsinə cəlb edilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə birgə tədbirlər planı işlənib hazırlanacaqdır.
6 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30