• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr arasında intellektual çempionat

Təhsil Nazirliyi və Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual çempionat keçirilib.

Çempionatda respublikanın 28 ali təhsil müəssisənin komandası iştirak edib.

Yarışın keçirilməsində əsas məqsəd gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Çempionatın nəticəsi olaraq Bakı Mühəndislik Universitetinin komandası I, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə III yeri tutub.

Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıb.


6 il əvvəl